Döyüş meydanındakı gözlər və idarəolunan mərmilər| Bu müharibə yeni dövrün xəbərçisidir

 Döyüş meydanındakı gözlər və idarəolunan mərmilər|  Bu müharibə yeni dövrün xəbərçisidir
1514     13:28     11 08 2021    
Qarabağ müharibəsinin birinci fazası 1994-cü ildə sona çatdı, qanlı müharibədə on minlərlə insan öldü, yüz minlərlə insan didərgin düşdü. Ermənistan Azərbaycanın tarixi Qarabağ bölgəsini işğal etdi.

Azərbaycan Prezidenti İlham Əliyev işğal altında olan əraziləri Azərbaycana qaytarmağa hazır olduğunu açıq şəkildə bildirirdi. Müttəfiq, qonşu və qardaş ölkə Türkiyə ilə müdafiə və qarşılıqlı yardım müqaviləsi var. İyulun sonu və avqustun əvvəllərində Azərbaycan və Türkiyə ordusu birgə təlimlər keçirdi. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri də təlimlərdə iştirak edirdi.


Təlimlər iyul ayının əvvəlində bir neçə gün davam edən qanlı toqquşmadan dərhal sonra həyata keçirildi.

Pilotsuz Uçuş Aparatları (PUA-lar)

Dünyadakı döyüş sahələrində PUA-ların istifadəsi artmaqdadır və Azərbaycanla Ermənistan arasındakı mövcud münaqişə də istisna deyil. Kamuflyaj cəhdlərindən asılı olmayaraq məhv edilmiş zirehli texnikaların görüntüləri, erməni tanklarının məhv edilməsi videoları mediada sürətlə yayılmağa başladı. Azərbaycanın PUA-larla hücumları durmadan artırdı.


Azərbaycan üçün PUA-ların əsas ixracatçısı olan İsrail və Türkiyədir. Azərbaycan silahlı qüvvələri “Aprel döyüşləri” adlandırılan 2016-cı ildəki toqquşmalarda “Harop” kamikadze PUA-larından və ya gəzən sursatlarından təsirli şəkildə istifadə etdi. Kamikadze PUA-ları döyüş meydanında istifadə olunan yeni bir sursat sinfidir. Sursat və PUA-nın birləşməsindən ibarət cihaz döyüş meydanının üzərində uçur, hədəfi tapdıqdan sonra hədəfə doğru sürətlə hərəkət edir, həm hədəfi, həm də özünü məhv edir.

“Harop” PUA-ları mühərriki sayəsində uzaqdan gələn zaman eşidilirdi, ancaq İsrailin bu yaxınlarda Azərbaycana gətirdiyi “Skystriker” və “Orbiter 1K” kimi yeni kamikaze PUA modelləri elektrik mühərriklərindən istifadə edir və hədəfə dəyənə qədər demək olar ki, səs çıxarmırlar. Lakin onların effektivliyi “Harop” kamikadze PUA-sı ilə müqayisə edilə bilməz.


Azərbaycan əməliyyatlar zamanı uğurlu istifadə etdiyi “Bayraktar TB2” zərbə PUA-sını Türkiyədən satın aldı. Ucuz və səmərəli, daha inkişaf etmiş optik və sensorlara sahibdir, bazaya qayıda, sürətlə yanacaq doldura, yenidən silahlanaraq havaya qalxa, yeni hədəflər axtararaq döyüş meydanının üstündə gəzə bilir.

Bu PUA-ların başqa bir mühüm təsiri var. Cihazların üzərindəki kameralar hədəfin dəqiqliklə məhv edilməsini lentə alır və təbliğat məqsədilə istifadə olunur. Artıq qeyd olunduğu kimi, döyüşlər zamanı Ermənistan ordusunun artilleriya və zirehli texnikalarının məhv edilməsi videoları mediada sürətlə yayılmışdı. Ermənistan silahlı qüvvələrində bu tip PUA-lar və kameralar olmadığı üçün bundan istifadə edə bilmirdi. Bu görüntülər Azərbaycanın müharibə meydanındakı uğur hissini gücləndirdi və Azərbaycanın yaxınlaşan ümumi qələbəsinin xəbərçisinə çevrildi.

Sensorlar: döyüş meydanındakı gözlər


Yalnız PUA-ların istifadəsi bu qədər həlledici deyildi. Müasir döyüş sahəsi sensorlarla doldurulur və rəqibi uzaqdan aşkarlamağı çox asanlaşdırır. Silahlı və ya silahsız PUA-lar əslində, idarəetmə mərkəzlərinə düşmən fəaliyyətləri haqqında məlumat ötürən sensor platformalarıdır.

Bu sensorlar gecə və ya gündüz hərəkətdə olan və ya gizlədilən tankları və zirehli maşınları aşkarlayan yerüstü radarlardır, bunlar düşmən qüvvələrinin gizlənməsini çətinləşdirir. Radarlar texnika və ya sabit bazaların yerini aşkarladıqda məlumatları uzun mənzilli artilleriyaya və ya hava qüvvələrinə ötürür. Qüvvələr koordinatları verilən hədəfləri dəqiqliklə məhv edir. Türkiyə Suriyanın şimalında bundan uğurla istifadə etdi və bu dərslər son müştərək təlimlərdə azərbaycanlılara açıq şəkildə təqdim olundu.


Bir çox şərhçilər tankları açıq şəkildə təsirli bir müharibə vasitəsi kimi qiymətləndirirdi. Artıq tankların döyüş meydanındakı təsiri şühə altına alınır. Həyatda qalmaq üçün taktikalar daim dəyişdirilməlidir. Radar və PUA siqnallarının kəsilməsi üçün RadioElektron Mübarizə vasitələrindən istifadə olunur. Ancaq bu müharibədə Ermənistan REM vasitələrindən effektiv şəkildə istifadə edə bilmədi. Tankların quru müharibəsinin əsas prinsipi olan ərazi ələ keçirmək və onu saxlamaq üçün son dərəcə faydalı və çevik bir vasitə olduğu həqiqəti sarsıldı.

Artıq bir neçə dövlət gələcək müharibələrdə tanklardan istifadə edilməməsini, böyük tank bölmələrinin ləğv edilməsini müzakirə edir. ABŞ Dəniz Piyada Qüvvələri ağır tankların sayını azaldır və Britaniya Ordusu da eyni cür düşünür. Ordular artıq gələcək münaqişələrdə üstünlük qazanan daha çevik, güc sahibi və şəbəkə mərkəzli qüvvələrə üstünlük verir. Sensorlar, PUA-lar və uzun mənzilli artilleriyaya üstünlük verilməsi son nəticədə müasir döyüş sahəsindəki müvəffəqiyyəti təyin edəcək.

Uzun mənzilli hücumlar


Uzun mənzilli artilleriya və hava hücumları bir əsrdən artıq istifadə olunan taktikalardır. Müasir müharibələrdə belə hücumların dəqiqliyi daha da artıb və bu, onun dağıdıcılığını gücləndirib.

Döyüş sahəsini sensorla birləşdirilən bu yeni sistemlər dəqiqliklə daha da irəliləmək qabiliyyətinə sahibdirlər, artıq bir hədəfin məhv edilməsini təmin etmək üçün onlara xüsusi döyüş başlıqları quraşdırılmır. Artıq raketlər və mərmilər yüzlərlə kilometr məsafədəki hədəfi tapa və məhv edə bilirlər.


Azərbaycan 400 km məsafəyə və 10 metr dəqiqliyə malik İsrailin LORA ballistik raketlərini satın alaraq bu sistemlərə böyük sərmayə qoyub. Bu silahlar digər uzun mənzilli hücum silahları ilə birlikdə 2016-cı ildə iki ölkə arasında imzalanan 5 milyard dollarlıq hərbi və təhlükəsizlik müqaviləsinin bir hissəsidir. Azərbaycan İsrailin strateji tərəfdaşı hesab olunur.

İsrail, Türkiyə və müəyyən dərəcədə Rusiya kimi müttəfiqləri olan Azərbaycana qonşusu və acı rəqibi Ermənistanla problemlərini həll etmək üçün müasir silah satmaqda problem yaşanmadı. Rusiyanın Ermənistanda bazası var və hazırda iki ölkəyə silah tədarük etdiyi üçün həssas bir vəziyyətdədir.

Nəticədə qeyd edək ki, təlim çox vacibdir, çünki söhbət bu sistemlərin (döyüş məkanını göstərən sensorlar, hədəflər aşkar edildikdən sonra onları məhv etmək üçün zərbələr endirən artilleriya və hər ikisini də həyata keçirən PUA-lar) inteqrasiyasından gedir və bu, Azərbaycan Silahlı Qüvvələrinə son döyüşlərdə aşkar üstünlük qazandırdı.
Strategyvision.org

Teq: Vətən-Müharibəsi   PUA   Sensorlar   Artilleriya  


Oxşar məqalələr
Son əlavə olunanlar